"Qarabağ"da gözlənilməz ayrılıq - KARYERASINI AVROPADA DAVAM ETDİRƏCƏK
21.10.2024 - 11:26
"Qarabağ"da gözlənilməz ayrılıq - KARYERASINI AVROPADA DAVAM ETDİRƏCƏK

"Qarabağ"da ayrılıq baş verə bilər

Apasport.az saytına verilən məlumata görə, Leandro Andrade komandanı tərk etməyə yaxındır

Kabo-verdeli futbolçunun xidmətində bir çox klublar maraqlıdır. Onu heyətinə qatmaq istəyən komandalardan biri də “Krasnodar”dır. 

Belə ki, Rusiya Premyer Liqası təmsilçisinin transfer siyahısında Andrade də yer alıb. “Krasnodar” onun keçidini qışda reallaşdırmaq istəyir.

Yarımmüdafiəçi yayda "Srvena Zvezda"ya keçməyə yaxın olsa da, son anda razılaşma əldə olunmadı və Andrade komandada qaldı.

Qeyd edək ki, “Krasnodar”ın baş məşqçisi “Sabah”ın sabiq çalışdırıcısı Murad Musayevdir. Komanda 12 turdan sonra 30 xalla liderdir. 

Əlavə edək ki, Leandro 2022-ci il yanvarın 13-də Bolqarıstanın “Çerno More” klubundan “Qarabağ”a keçib. Onun Ağdam təmsilçisi ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. 

0