Berdıyev onu komandada görmək istəyir
24.10.2024 - 12:42
Berdıyev onu komandada görmək istəyir

"Turan Tovuz" aparıcı oyunçularından birinə yeni müqavilə təklif edib.

Apasport.az saytına verilən məlumata görə, söhbət Ayxan Quseynovdan gedir.

Tovuz klubunun baş məşqçisi Kurban Berdıyev yarımmüdafiəçini daha uzun müddət sərəncamında görmək istəyir.

Ona görə də, onunla yeni müqavilə imzalanmasını istəyib.

Quseynovun özünün də komandada qalmaq istəyində olduğu bildirilir. Razılıq əldə olunarsa, Ayxanla 2 illik yeni müqavilə imzalanacaq.

Xatırladaq ki, 25 yaşlı futbolçunun "Turan Tovuz"la müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir. O, Azərbaycana gələnə qədər "Leninqradets", "Nijni Novqorod", "Ural", "Dolqoprudnıy", "Ximki" komandalarında oynamışdı.

0