Olavale Onanuqa yenidən "Kəpəz"də
05.08.2025 - 17:27
Transfer çalışmalarını davam etdirən "Kəpəz" heyətinə tanış simanı cəlb edib.
Apasport.az xəbər verir ki, Gəncə təmsilçisi əvvəllər komandada çıxış etmiş Olavale Onanuqanı yenidən transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı nigeriyalı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Onanuqa 2023/2024 mövsümündə də “sarı-göylər”in formasını geyinmişdi. O, həmin mövsümdə 27 oyuna çıxaraq 2 qola imza atıb. "Kəpəz"dən ayrıldıqdan sonra Küveytin "Əl-Nəsr" və İsrailin "Bney Yehuda" klublarında çıxış edib.
- Premyer Liqa klublarının 2024-cü ildəki gəlirləri açıqlanıb
- Premyer Liqa klublarının uşaq-gənclər sektoruna ayırdığı vəsait artıb
- “Turan Tovuz” Premyer Liqada ev oyunlarında azarkeş sayına görə liderdir
- 2025/2026 mövsümündə lisenziya almış futbol klublarının sayı müəyyənləşib
- I Liqada XI tura start veriləcək
0
0