Azərbaycanın paraüzgüçüləri Raman Salei və Əli Vəliyev Türkiyənin Kocaeli şəhərində keçirilən Avropa çempionatında bu gün növbəti dəfə finalda mübarizə aparacaqlar.
Apasport.az xəbər verir ki, S12 kateqoriyasında çıxış edən Raman Salei 50 metr məsafəyə sərbəst üsulla üzmə üzrə təsnifat mərhələsində 24,70 saniyə nəticə göstərərək finala vəsiqə qazanıb.
S10 kateqoriyasında mübarizə aparan yeniyetmə paraüzgüçü Əli Vəliyev isə 400 metr məsafəyə sərbəst üsulla üzmə üzrə birbaşa finalda çıxış edəcək.
Qeyd edək ki, yarışın ilk iki günündə Raman Salei 100 metr məsafəyə arxasıüstə üzmədə 1:03,55 nəticə ilə 4-cü, 100 metr məsafəyə kəpənək üsulu ilə üzmədə isə 59,18 saniyə nəticə ilə 5-ci olub.
Əli Vəliyev isə 200 metr məsafəyə qarışıq üzmə üzrə finalda 2:32,99 nəticə ilə 8-ci yeri tutub.
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO