PFL rəsmisi UEFA tərəfindən təyinat alıb
24.06.2025 - 11:57

Peşəkar Futbol Liqasının (PFL) icraçı direktoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb.
Apasport.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
O, UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin iyulun 10-da keçiriləcək “Torpedo-BelAZ” (Belarus) - “Rabotniçki” (Şimali Makedoniya) oyununun UEFA nümayəndəsi olacaq.
Qarşılaşma Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladaş” stadionunda baş tutacaq.
- "Benfika" - "Bavariya" matçı bu kanalda
- “Neftçi” braziliyalı futbolçunun klubu ilə razılığa gəldi - Müqavilə imzalanacaq
- "Araz"ın avrokubokdakı rəqibi heyətini “Benfika”nın yetirməsi ilə gücləndirib
- Elçin Məsiyev Avropa çempionatının yarımfinalına təyinat aldı
- Azərbaycanlı futbolçu “Ankaragücü” ilə peşəkar müqavilə imzaladı
0
0