Vətən müharibəsinin iştirakçısı Polad Rzayev paralimpiyanın dağ xizəyi növündə mübarizə aparacaq.
Apasport.az Milli Paralimpiya Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, idmançı gündəlik məşqlərini davam və öz bacarıqlarını inkişaf etdirir.
Paralimpiyaçı həmçinin “Şahdağ” Turizm Mərkəzinin və Qış İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə böyüklər arasında keçirilmiş həvəskar xizək yarışı üzrə Heydər Əliyev Kubokunda da gücünü sınayıb.
Rzayevin yarışlara hazırlığı və beynəlxalq turnirlərdə iştirakı üçün Milli Paralimpiya Komitəsi ilə Azərbaycan Qış İdman Növləri Federasiyası arasında qarşılıqlı əməkdaşlıq qurulub.
Qeyd edək ki, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan zabiti Polad Rzayev Vətən müharibəsinin iştirakçısıdır. O, “Azərbaycan bayrağı”, “Şücaətə görə” ordenlərinə, “Xocavəndin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medallarına layiq görülüb.
- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb