Premyer Liqada ayın ən yaxşı qolu açıqlandı
09.04.2025 - 16:56
Premyer Liqada ayın ən yaxşı qolu açıqlandı

Misli Premyer Liqasında mart ayının ən yaxşı qolu müəyyənləşib.

Apasport.az xəbər verir ki, bu, "Sabah"ın futbolçusu Tellur Mütəllimovun "Sumqayıt"ın qapısına vurduğu qol olub.

Münsiflər heyətinin 11 üzvündən 5-i Tellur Mütəllimova səs verib.

30 yaşlı yarımmüdafiəçi səsvermədə Andrey Tirkoveanu ("Şamaxı"), Kadi Borqes ("Qarabağ"), Bernardo Dias ("Araz-Naxçıvan") və Rüfət Abdullazadəni ("Səbail") qabaqlayıb.