"Qarabağ" mənim ailəmdir" - Abbas Hüseynov
21.04.2024 - 14:44
"Qarabağ" mənim ailəmdir" - Abbas Hüseynov

“Qarabağ”ın müdafiəçisi Abbas Hüseynov Apasport.az saytına müsahibə verib. 

-"Qarabağ" "Qəbələ" ilə bərabərə qaldı. Qarşılaşma sizin üçün necə keçdi?

- “Qəbələ”yə qarşı görüş çox gərgin keçdi. Xüsusən də, hava şəraitinin oyunu daha da çətinləşdirdiyini deyə bilərəm. Bu, həm biz, həm də rəqib üçün belə idi. Amma biz istənilən halda sona qədər oynadıq.

- Səncə, sonuncu pillədə yerləşən rəqibi niyə məğlubiyyətə uğrada bilmədiz?

- Matça çox yaxşı motivasiya ilə çıxmışdıq.Hər halda, uduzduğumuz halda geridönüş etdik. Əfsuslar olsun ki, qələbə olmadı, heç-heçə oldu. “Qəbələ” çox kompakt oynayırdı. Mən Kaxaber Tsxadadzeni “İnter”dən(indiki “Şamaxı”) yaxşı tanıyıram. Kompakt, taktiki futbola üstünlük verir. 

- Oyunun gedişində zədələndin. Hazırda vəziyyətin necədir? Qarşıdakı turda oynaya biləcəksən?

- Elədir, zədə aldım. Əlimdən zədələndim. Rentgenin nəticəsinə görə, barmağım sınıb. Ümid edirəm ki, gələn turda da oynayacam.

- Zədələndikdən sonra geri qayıdışın üçün çox vaxt tələb olunsa da, artıq baş məşqçinin güvənini qazanmısan.  Yəqin ki, bu, motivasiyadan və "Qarabağ"da qalmaq istəyinin yüksək olmasından irəli gəlir?

- Əlimdən gələni edirəm ki, zədədən sonra Qurban Qurbanovun planlarından çıxmayım və ona lazım olum. Əlbəttə ki, “Qarabağ” mənim ailəmdir. Oradakı futbolçular, işçilər, rəhbərlik, baş məşqçi də başda olmaqla ailəmdir. Yeddi ildir ki, “Qarabağ”dayam. Hər kəsə böyük hörmətim var və burada hamı öz ailə üzvlərimdi. Özümü xoşbəxt hiss edirəm burada.

- Mövsümün sonuna 8 tur qalmış "Qarabağ" çempion oldu. Bundan sonrakı oyunlarda motivasiya ilə çıxmaq üçün üçün çətin olmurki? Çünki "Sabah"a uduzduz, "Qəbələ" ilə bərabərə qaldız...

- Biz hər oyuna motivasiya ilə çıxırıq. Çünki bizim məşqçimiz çempion olsaq belə, heç kəsə rahatlanmağa imkan verməz. Çünki onun prinsipləri odu. Futboldur, qarşıda oyunlar var. İnanıram ki, komanda yoldaşlarıma bundan da yaxşı oynayacağıq.

- Yəqin ki, "qızıl dubl" etmək "Qarabağ" üçün çətin olmayacaq? "Neftçi"ni udmusuz və ikinci görüş haqda nə düşünürsən? Çünki hamı düşünür ki, "Qarabağ" artıq finaldadır..

Düşündüyüm odur ki, çıxıb tapşırıqları yerinə yetirib qələbə qazanaq. İnanıram ki, bunu da reallaşdıracağıq. Çünki komandamız qələbələrə davam etmək istəyir. 

-  Ümumiyyətlə, bu mövsüm başa çatmasa da, indiyə qədər olan hissəsini "Qarabağ" üçün çox uğurlu hesab edirsən? Bura avrokubokları da qatsaq? Səncə, ən unudulmaz matç hansı oldu?

- Bəli, uğurlu hesab edirəm. Mənim üçün unudulmaz oyun “Kayrat”a qarşıdır. Düzdür, həmin matç bu il deyildi. Amma özüm üçün unudulmaz görüşdür. Həmin epizod hər zaman beynimdədir, yaddan çıxmır. Nəyə görə olduğunu da yəqin ki, bilirsiz. O görüşdə qol vurdum.

- Yeni mövsümə də "Qarabağ"da başlayacaqsan? Səni istəyən komandalar da var. "Qarabağ"dan ayrılmaq haqda yəqin ki, düşünmürsən?

“Qarabağ” dediyim kimi, ailəmdir. Təkliflər var. Amma mən “Qarabağ”a bağlıyam. Ona görə də mən hazırkı komandam barədə düşünürəm.

- Bu mövsümkü avrokuboklarda uğurlu çıxışdan sonra çoxları yeni sezon ÇL-də qrupa düçəcəyinizə inam daha böyükdür? Səncə, bunu reallaşdırmaq mümkün olacaq?ğ

Çoxlu çalışsaq, deyiləni, yerinə yetirsək, sadə və işgüzar olsaq, Allah qoysa, Çempionlar Liqasında da nəticə verəcəyik. Doğurusunu Allah bilir. Sağolun ki, məni yaddan çıxartmırsız. Çünki zədəli olanda, düşüncələr başqa cür olur. Sonda təşəkkürümü Qurban Qurbanova bildirirəm. Onun tapşırığı ilə əməliyatı da məni ən yaxşı yerə yolladılar. Ən yaxşı həkimlərdən biri məni əməliyyat etdi. Mənə zədədən sonra verdiyi şanslara görə də minnədtdaram. Qurban Qurbanov əsl baş məşqçidən savayı, həm də geniş ürəkli kişidir.

0