"Neftçi"də ayrılıqlar davam edir - Daha bir legioner getdi
25.06.2024 - 21:21
"Neftçi"də ayrılıqlar davam edir - Daha bir legioner getdi

Reziuan Mirzovla yollarını ayıran “Neftçi”də gedənlərin sayı az olmayacaq. 

Apasport.az saytına verilən məlumata görə, “ağ-qaralar” bir neçə legionerin xidmətindən istifadə etməmək qərarına gəlib.

Belə ki, "Neftçi" ilə 2023-cü il avqustun 25-də 1 illik müqavilə imzalayan Dieqo Valdez də "gedən oyunçular karvanı"na qoşula bilər.

Paraqvaylı futbolçu etimadı doğrultmadığı üçün onunla yolların ayrılacağı gözlənilir. Halbuki “Neftçi” Valdezlə müqavilə müddətini bir il artırmaq hüququna malikdir. 

30 yaşlı futbolçu “Neftçi”yə gələnə qədər “Atletiko San-Luis”(Meksika), “Sol de Amerika”, “CS San Lorenzo”, “Quarani”, “Quarena”(hamısı Paraqvay) komandalarında da çıxış edib.
 

0