"Qarabağ" reytinqdə "Atletik", "Nyukasl" kimi klubları qabaqlayıb
13.05.2025 - 12:54
"Qarabağ" reytinqdə "Atletik", "Nyukasl" kimi klubları qabaqlayıb

Azərbaycan klublarının UEFA reytinqində tutduğu yerlər məlum olub.

Apasport.az  xəbər verir ki, ölkə təmsilçiləri arasında ən yüksək göstəriciyə “Qarabağ” sahibdir. Hazırda 69-cu sırada qərarlaşan Ağdam klubu bu baxımdan digərlərini qabaqlayır.

Qurban Qurbanovun rəhbərlik etdiyi komanda UEFA reytinqində “Atletik” (İspaniya), “Frayburq” (Almaniya), “Anderlext” (Belçika), “Beşiktaş” (Türkiyə), eləcə də İngiltərə təmsilçiləri “Nyukasl” və “Brayton” kimi klublardan öndədir.

Son 5 mövsümün nəticələri əsasında hazırlanan reytinq cədvəlində “Qarabağ”ın 32,000 xalı var.

"Neftçi" 8,000 xalla 187-ci yerdə qərarlaşıb. "Zirə", "Sabah" və "Sumqayıt"ın hər biri 4,000 xalla müvafiq olaraq 318-ci, 319-cu və 323-cü pillədədir. "Qəbələ" 3,000 xalla 337-ci, daha öncə “İnter” və “Keşlə” adları ilə tanınan “Şamaxı” isə 2,500 xalla 338-ci sıradadır.