Misli Premyer Liqasının XXXIII turunda keçiriləcək “Qarabağ” – “Sumqayıt” qarşılaşmasının biletləri sabah saat 12:00-dan etibarən onlayn şəkildə satışa çıxarılıb.
Apasport.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.
Biletlər sabahdan iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də “Azersun Arena”nın kassasında da satışda olacaq.
Qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.
Qeyd edək ki, "Qarabağ" - "Sumqayıt" qarşılaşması sabah saat 18:00-da "Azersun Arena"da baş tutacaq.
- Kaxaber Tsxadadze: “Futbolçular hələ çempionatın səviyyəsini dərk etməyib”
- Zaur Həşimov: “Məqsədimiz Premyer Liqada qalmaqdır”
- “Şəfa” Qəbələ səfərindən 3 xalla qayıdır - YENİLƏNİB
- Xose Manuel Armada Zarko: "Sabahın Ulduzları" müxtəlif komandaları görmək üçün əlverişlidir"
- Toralın komandasından məğlubiyyət