
"Mançester Yunayted"in hücumçusu Alexandro Qarnaço Premyer Liqanın 28-ci turunda, "Everton"la (2:0) matçın ilk hissəsində komandasına iki penalti qazandırıb.
Apasport.az "The Sun"a istinadən xəbər verir ki, 19 yaşlı argentinalı bununla da "Mançester Yunayted" tarixində İngiltərə Premyer Liqasının bir oyununda komandasına iki penalti qazandıran ilk futbolçu kimi tarixə keçib.
Premyer Liqada buna bənzər hadisə sonuncu dəfə 2021-ci ilin dekabrında baş vermişdi.
Həmin vaxtı “Çelsi”nin futbolçusu Antonio Rüdiger “Lids”lə görüşdə iki penalti qazanmışdı.
Qeyd edək ki, Qarnaçonun "Mançester Yunayted"lə müqaviləsi 2028-ci il iyunun 30-na qədər nəzərdə tutulub.
- Öz idarəçiliyinə təəssüflən, AFFA! - Sui-istifadə cəzası
- III MDB Oyunlarına hazırlıqla bağlı müvafiq işçi qrupunun növbəti iclası keçirilib
- "Neftçi" azarkeşlərinə müjdə: Onlayn mağaza istifadəyə verilib
- UEFA Hakimlər Komitəsinin üzvü Byorn Kuypers Bakıya gələcək
- "AFFA-nın etdiyi hüquqdan sui-istifadədir" - VƏKİLDƏN AÇIQLAMA