"Qəbələ" mükafatlandırılıb - FOTO
16.05.2025 - 10:13

Azərbaycan I Liqasında 2024/2025 mövsümünün qalibi olan "Qəbələ"nin mükafatlandırma mərasimi keçirilib.
Apasport.az xəbər verir ki, tədbir Qəbələ şəhər stadionunda baş tutub.
XXVI turun “Qəbələ” – “Zaqatala” oyunundan sonra futbolçulara qızıl medallar təqdim olunub.
Daha sonra isə komanda çempionluq kubokunu başı üzərinə qaldırıb.
Mükafatları Peşəkar Futbol Liqasının Texniki-İdman direktoru Elgiz Abbasov və AFFA-nın baş katibinin müavini Kamran Vəliyev təqdim ediblər.
0
0