“Qəbələ” “Sumqayıt”la oyuna 2 itki ilə çıxacaq
25.05.2024 - 01:15
“Qəbələ” “Sumqayıt”la oyuna 2 itki ilə çıxacaq

“Qəbələ” futbol üzrə Misli Premyer Liqasının 36-cı turunun “Sumqayıt”la səfərdə keçiriləcək oyununun hazırlıq prosesini başa vurub.

Apasport.az xəbər verir ki, Samuel Tetteh komanda ilə hazırlığa qatılmayıb.

Ülvi İsgəndərov isə fərdi məşqlə kifayətlənib.

Bu gün Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq “Sumqayıt” – “Qəbələ” qarşılaşması saat 19:00-da başlayacaq.

0