Qəbələ-Xankəndi ultramarafonunun sonuncu mərhələsinə start verilib.
Apasport.az xəbər verir ki, Ağdamdan başlayan sonuncu mərhələyə bu gün Xankəndidə yekun vurulacaq.
Ultramarafon iştirakçıları sonuncu yarış günündə 28 kilometr məsafə qət edəcəklər.
Qeyd edək ki, marafon “İdman Paytaxtı” Qəbələ şəhərindən start götürüb.
Ümumilikdə 192 kilometr məsafəni əhatə edən ultramarafonun əvvəlki mərhələləri Qəbələdən Ağdaşa (kilometr), Ağdaşdan Bərdəyə (65 kilometr) və Bərdədən Ağdamadək (44 kilometr) olub. Əvvəlki üç mərhələnin qalibləri ayrıca təltif edilib. Ultramarafonun ümumi qalibləri isə baş mükafata layiq görüləcəklər.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib