Türkiyənin Antalya şəhərində keçirilən idman gimnastikası üzrə Avropa çempionatında Böyük Britaniyanı təmsil edən Azərbaycan əsilli gimnast Cesika Qədirova 2-ci qızıl medalı qazanıb.
Apasport.az-ın xəbərinə görə, o, çoxnövçülükdə Avropa çempionu olub.
18 yaşlı idmançı 55.032 nəticə ilə bu nailiyyətə imza atıb. Macarıstanlı Jofia Kovaç (54.899) gümüş, italiyalı Aliçe DAmato (54.500) bürünc medala layiq görülüb.
Qeyd edək ki, daha əvvəl Cesika Qədirova Böyük Britaniya komandasının heyətində Avropa çempionu olmuşdu.
Xatırladaq ki, Azərbaycanı bu yarışda Rusiyadan olan Nikita Simonov təmsil etsə də, hələ medal qazana bilməyib. Gənclər və idman naziri Fərid Qayıbovun Avropa Gimnastikasının prezidenti kimi yerində izlədiyi turnir aprelin 16-dək davam edəcək.
- Bakı sakinləri övladlarını niyə idmana yazdırır? - SORĞU
- Nazir keçmiş müavini ilə selfisini paylaşdı-MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU - FOTO
- Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
- AMADA və Milli Paralimpiya Komitəsi seminar keçirib
- "Şahdağ"da keçirilən Dünya Kubokuna yekun vurulub