Qədirovadan Böyük Britaniya üçün tarixi nəticə
12.04.2023 - 20:17
Böyük Britaniyanı təmsil edən Azərbaycan əsilli idman gimnast Cesika Qədirova Türkiyənin Antalya şəhərində keçirilən Avropa çempionatında tarixi göstəriciyə imza atıb.
Apasport.az xəbər verir ki, 18 yaşlı idmançı dəstəli at üzərində hərəkətlərdə hakimlərdən 13.600 xal alıb. Bu, Böyük Britaniyanın idman gimnastikası tarixində təsnifat mərhələlərində qazanılan ən yaxşı nəticədir.
O bu göstərici ilə final mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, Cesika Qədirovanın əkiz bacısı Cenifer Qədirova da idman gimnastikası ilə məşğul olur.
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
0
0