Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
19.01.2026 - 13:32
Azərbaycan qılıncoynadanları Türkiyənin paytaxtı Ankarada keçirilən açıq turnirdə iki bürünc medal qazanıblar.
Apasport.az xəbər verir ki, Maqsud Hüseynli böyüklər, Fərəh Abasova isə gənclər arasında sablya növündə mükafatçılar sırasına düşüblər.
Kişi sablyaçılardan Rəsul Əliyev 60 iştirakçı arasında 7-ci, Timur Husnaddinov 12-ci, Nahid Məmmədli isə 22-ci olub.
Qızların yarışında medalın bir addımlığında mübarizəni dayandıran Valentina Zeynalova 5-ci, Leyla Əhmədova 11-ci, Ayan Ağasıyeva 13-cü, Züleyxa Sultanlı 20-ci, Cahan Sadıxova 24-cü, İrina Lobas isə 27-ci olub.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0