Qızıl medallar və kubok bu tarixdə "Qarabağ"a təqdim ediləcək
12.05.2025 - 11:33
Qızıl medallar və kubok bu tarixdə "Qarabağ"a təqdim ediləcək

Azərbaycan Premyer Liqasında 2024/25 mövsümünün çempionu "Qarabağ"ın son ev oyununun vaxtı bəlli olub. 

Apasport.az xəbər verir ki, Ağdam təmsilçisi 18 mayda doğma meydanda "Kəpəz"lə qarşılaşacaq. 

"Köhlən atlılar" oyundan sonra çempionluq kubokuna qovuşacaq.

"Azərsun Arena"da baş tutacaq qarşılaşma saat 19:00-da start götürəcək.

Reqlamentə əsasən, Azərbaycan çempionu olan komanda birinci yeri vaxtından əvvəl təmin edirsə, komandaya qızıl medallar və kubok sonuncu ev oyununda təqdim edilir.