Dünya ölkələrinin qlobal idman reytinqi açıqlanıb.
Apasport.az saytının məlumatına görə, nüfuzlu yarışlarda qazanılan nəticələrə əsasən tərtib olunan cədvəldə planetin 117 ölkəsi yer alıb.
Azərbaycan 22 xalla dünyada 89-cudur. Ölkəmiz Avropada 34-cü yerdə qərarlaşıb.
İdmançılarımız yalnız bir növdə xal toplamağı bacarıb. Qazanılan 22 xalın hamısı qılıncoynatmada əldə olunub.
Bu, son illər üçün ən zəif göstəricidir. Azərbaycan 2021-ci ildə 43-cü, 2019-cu ildə 47-ci, 2018-ci ildə 40-cı olub. 2020-ci ildə isə koronavirus səbəbindən siyahı tərtib olunmayıb. Azərbaycan idmanı bir il əvvəlki ilə müqayisədə 46 pillə geridədir.
Qeyd edək ki, siyahıya 4170 xalla ABŞ başçılıq edir. Kanada (1937) ikinci, Almaniya (1774) üçüncüdür. Fransa (1710), İtaliya (1608) və Avstraliya (1557) da ilk “altılıq”da yer alıb.
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır