Gənclər və İdman Nazirliyinin növbəti Kollegiya iclası keçirilib.
Apasport.az xəbər verir ki, kollegiyanın sədri, nazir Fərid Qayıbovun sədrliyi ilə keçən iclasda gündəliyə əsasən, 2024-2025-ci illər üçün idman paytaxtlarının və 2025-ci il üçün gənclər paytaxtının seçilməsi məsələləri müzakirə edilib.
Namizəd şəhərlərin nümayəndələri təqdimatla çıxış edərək məlumat veriblər. Təqdimatlardan sonra elektron səsvermə nəticəsində Quba 2024-cü il, Qəbələ isə 2025-ci il üçün "İdman Paytaxtı" seçiliblər.
Kollegiyada həmçinin 2025-ci il üçün Gənclər Paytaxtı da məlum olub. Namizəd şəhərlərin təqdimatından sonra Sumqayıt şəhəri 2025-ci il üçün “Gənclər Paytaxtı” seçilib.
Qeyd edək ki, bu il yanvarın 19-da keçirilmiş Kollegiya iclasında Lənkəran şəhəri 2024-cü ilin “Gənclər Paytaxtı” seçilib.
Dövlət qurumlarının əməkdaşları arasında gələn il keçiriləcək idman yarışlarının planı müzakirə edilərək qəbul olunub.
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək
- Bakıda keçiriləcək "Alufar IRONMAN 70.3" triatlon yarışı çərçivəsində tədbirlərə start verilib
- Bakıda 18 yaşdan 80 yaşadək triatlonçular mübarizə aparacaq
- Yubiley Formula 1 Azərbaycan Qran-Prisi üçün yeni tribuna quraşdırılıb
- Azərbaycan kikboksçusu 2 il müddətinə diskvalifikasiya olunub