"İdman paytaxtı" Qubada təşkil olunan lll İdman Festivalının növbəti günündə səhər idmanında festival iştirakçılarına “İdman Səfirləri” tərəfindən futbol, gimnastika, cüdo, milli idman növləri və taekvondo üzrə təlimlər keçirilib.
Apasport.az xəbər verir ki, 13-15 yaşlı idmançılar günə skautinq, rəsm və ingilis dilindən danışıq dərsləri ilə davam ediblər. Gün ərzində AMADA tərəfindən iştirakçılar üçün "Steroidlərə yox de!" mövzusunda təlim təşkil olunub.
Günün sonunda Olimpiya mükafatçıları - Hidayət Heydərov, Qaşım Maqomedov, Alfonso Dominqes tonqal ətrafında festival iştirakçıları ilə görüşüb, onların suallarını cavablandırıblar. Səmimi görüşün sonunda yeniyetmə idmançılar üçün Olimpiya çempionları tərəfindən avtoqraf sessiyası təşkil edilib.
Festivalın 4-cü gününə uşaqların yallı rəqsi ilə yekun vurulub.
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
- Azərbaycan Üzgüçülük Federasiyası rekordçu Cəmil Əliyevə sertifikat təqdim edib