
"Ferentsvaroş" yaxşı təşkil olunmuş bir heyətə malikdir. Təmsilçimiz bu oyuna çox soyuqqanlı yanaşmalıdır".
Bu sözləri Apasport.az saytına açıqlamasında "Qarabağ"ın sabiq futbolçusu Rahid Əmirquliyev deyib.
Yarımmüdafiəçi qarşıdakı oyun barədə fikirlərini bölüşüb: “Çempionlar Liqasının əsas mərhələsinə çox yaxınıq. “Ferentsvaroş”u səfərdə məğlub etməyimizə baxmayaraq, düşünürəm ki, bu, “Qarabağ” üçün çox ağır matç olacaq. Amma biz inanırıq ki, komanda istədiyi nəticəni əldə edəcək”.
Əmirquliyev yaxın müddətdə başqa bir Azərbaycan klubunun Çempionlar Liqasının əsas mərhələsinə yüksələcəyinə inanmadığını dilə gətirib: “Kayrat”ın oyununu izləmişəm. Onlar “Seltik”ə qarşı çox yaxşı çıxış etdilər və əsas mərhələdə oynamağa layiq olduqlarını göstərdilər. Amma inanmıram ki, “Qarabağ”dan başqa hansısa klub yaxın illərdə ÇL-in əsas mərhələsinə vəsiqə qazansın. Ümid edirəm ki, gələcəkdə bu alınar”.
Millimizin sabiq üzvü həmçinin “Ferentsvaroş” futbolçularının ilk oyundan sonra verdikləri açıqlamalara da münasibət bildirib:
“Onların dedikləri normaldır. “Qarabağ” peşəkar klubdur və inanmıram ki, belə açıqlamalara fikir versinlər”.