Kristian Horner “Red Bull”un bu mövsüm “Formula-1”də bütün yarışların qalibi olma ehtimalını qiymətləndirib.
Apasport xəbər verir ki, Avstriya komandasının rəhbəri tarixi rekord əldə etmək barədə düşünmədiklərini deyib.
Mövsümün ilk 5 yarışında qalib gələn “Red Bull” sürət baxımından rəqiblərini xeyli qabaqlayır. Bunu nəzərə alan mütəxəssislərin komandanın 23 qələbə ilə tarix yaza biləcəyini ehtimal edirlər. Hornerin fikrincə, bu barədə düşünmək əhəmiyyətsizdir. O, növbəti yarışı planladıqlarını söyləyib.
Qeyd edək ki, “Maklaren” 1988-ci ildə 16 Qran-pridən 15-də qələbə qazanmaqla tarixi rekorda çox yaxın olub.
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb