“Kəpəz” baş məşqçi dəyişikliyi etmək niyyətindədir.
Apasport.az xəbər verir ki, klub yeni sezon üçün bu posta Mirça Redniki dəvət etməyi planlaşdırır.
Gəncə təmsilçisi artıq rumıniyalı mütəxəssislə əlaqəyə keçib.
Bildirilir ki, Rednik özü də Azərbaycana qayıtmağa müsbət yanaşır. Hətta təcrübəli məşqçinin “Kəpəz”ə “gələrəm” dediyi də olub.
Amma əsas məsələ maliyyə şərtləridir. Rednik yalnız nəzərdə tutduğu heyəti yığmaq üçün tələb olunan büdcənin ayrılacağı təqdirdə, Gəncə klubuna gəlməyə razıdır.
Qeyd edək ki, 63 yaşlı məşqçi ölkə xaricində “Əl-Nəsr”, “Əl-Faysali” (hər ikisi Səudiyyə Ərəbistanı), “Alaniya” (Rusiya), “Gent”, “Standart”, “Muskron” (hamısı Belçika) və “Xəzər Lənkəran”ı çalışdırıb. Hazırda isə Rednik "UTA Arad"ın baş məşqçi postundadır.
- II Liqada VIII turun təyinatları açıqlanıb
- Premyer Liqa: "Şamaxı" "İmişli"ni məğlub edib - YENİLƏNİB
- Azərbaycanın İslamiadanın açılış mərasimindəki bayraqdarları bəlli olub
- Azərbaycan derbisinə doğru: Noyabr
- "Neftçi" və "Qarabağ" arasında baş tutan matçların 45-də hər iki komanda qol vurmağı bacarıb