“Əlbəttə, biz meydana qələbə qazanmağa çıxmışdıq. Erkən qol da vurduq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Lionel Messi deyib.
Argentina millisinin kapitanı DÇ-2018-in İslandiya ilə görüşü (1:1) barədə fikirlərini bildirib. O, penaltini qaçırdığı matçda qələbəyə layiq olduqlarını qeyd edib: “İslandiya hesabı bərabərləşdirəndə oyun güclü şəkildə dəyişdi. Rəqib müdafiədə sıx oynayırdı. Bu üzdən boşluq tapmaq çətin idi. Bəli, şansımız oldu. Amma mən bundan yararlana bilmədim. Hesab edirəm ki, qələbəyə layiq idik. Lakin heç kim asanlıqla təslim olmur. İndi istirahət edib, növbəti oyuna hazırlaşmağa vaxtımız var”.
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək