Portuqaliya millisinin hücumçusu Andre Silva Mərakeşlə oyun öncəsi fikirlərini mətbuat nümayəndələri ilə bölüşüb. Apasport.az saytının “R Sport”a istinadən məlumatına görə, o, şimali afrikalılarla oyunun çətin keçəcəyini düşünür.
“Təbii ki, Portuqaliya yığması Mərakeşdən güclüdü. Ancaq asan oyun olmur. Bütün rəqiblərimizə hörmətlə yanaşmalı, onları təhlil etməliyik. Öz oyunumuzu nümayiş etdirməliyik. Ümid edirəm, qələbə qazanıb, qrupdan çıxacağıq. Birinci görüşlərində məğlub olublar, ancaq futbolda belə hallar olur. Oyunçularının əksəriyyəti Avropada oynadığından, Avropa komandaları ilə oynamağa alışıblar. Ancaq inanırıq ki, sonda qələbə bizim olacaq” – deyə, Silva bildirib.
22 yaşlı forvard həmçinin komanda yoldaşı Kriştianu Ronaldo haqqında da fikirlərini bölüşüb: “Ronaldo bizim kapitanımızdı. Onunla birlikdə oynamaq mənim üçün şərəfdi. Ronaldo dünyanın ən yaxşı futbolçusudu. Onun ötürmələri komanda yoldaşlarının işini asanlaşdırır”.
Qeyd edək ki, Portuqaliya DÇ-2018-dəki ilk matçında İspaniya ilə 3:3 hesablı bərabərliyə razı olmuşdu.
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək