Rövşən Nəcəf: "Qurban Qurbanovun özündən soruşa bilərsiniz"
11.04.2025 - 13:28
Rövşən Nəcəf: "Qurban Qurbanovun özündən soruşa bilərsiniz"

"Qurban Qurbanovla münasibətimizdə heç bir problem yoxdur".

Apasport.az xəbər verir ki, bu sözləri AFFA-nın mətbuat konfransında qurumun prezidenti Rövşən Nəcəf deyib: 

"Qurban Qurbanov İcraiyyə Komitəsinin iclasına qatılır. Münasibətimiz yaxşıdır. Hansısa soyuqluqdan söhbət getmir. Özündən də soruşa bilərsiniz. İclaslarda iştirak etmədiyi təqdirdə də, Qurban müəllim də, digər həmkarlar da məlumat verirlər. Hamının öz planı var. Üzrlü səbəblərlə bağlı məlumat verilir".

Qeyd edək ki, "Qarabağ"ın baş məşqçisi, AFFA İcraiyyə Komitəsinin üzvü Qurban Qurbanov bu gün keçirilən milli assosiasiyanın Hesabat Konfransında iştirak etməyib.