Rusiya Futbol İttifaqı (RFİ) XIX Asiya Oyunlarında iştirakla bağlı Rusiya Olimpiya Komitəsinin (ROK) və Rusiya İdman Nazirliyinin qərarlarını rəhbər tutacaq.
Apasport.az xəbər verir ki, bu gün Asiya Olimpiya Şurası Rusiya və Belarus idmançılarını Beynəlxalq Olimpiya Komitəsinin (BOK) şərtlərinə uyğun olaraq Asiya Oyunlarında iştirak etməyə dəvət edib.
BOK bir gün əvvəl xüsusi hərbi əməliyyatı dəstəkləməkdə fəal iştirak etməyən rusiyalı və belaruslu idmançıları neytral statusda və bir sıra şərtlərlə beynəlxalq yarışlara buraxmağı təklif edib.
RFİ-dən isə TASS-a bildiriblər: "Əgər qərarlar Asiya Olimpiya Şurasının təşəbbüsü ilə ROK və İdman Nazirliyi tərəfindən qəbul edilərsə, biz onları müzakirə edəcəyik".
Qeyd edək ki, sentyabrın 23-dən oktyabrın 8-dək Çinin Hançjou şəhərində Yay Asiya Oyunları keçiriləcək. Yarış proqramında 40 idman növü olacaq.
- Azərbaycan Üzgüçülük Federasiyasının İcraiyyə Komitəsinin tərkibi təsdiq edilib
- “Neftçi” İdman Klubu ötən ili 1001 medalla başa vurub
- Bakı sakinləri övladlarını niyə idmana yazdırır? - SORĞU
- Nazir keçmiş müavini ilə selfisini paylaşdı-MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU - FOTO
- Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib