"Sabah" darmadağınla məğlub oldu
22.10.2025 - 21:45
"Sabah" darmadağınla məğlub oldu

"Sabah"ın U-19 komandası UEFA Gənclər Liqasının II təsnifat mərhələsinin ilk matçında Fransada “Nant”la üz-üzə gəlib.

Apasport.az xəbər verir ki, matç "Nant"ın 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Cavab qarşılaşması noyabrın 5-də Bakıda keçiriləcək.