"Sabah" kapitanı ilə yollarını ayırdı - RƏSMİ
24.06.2025 - 17:02
"Sabah" kapitanı ilə yollarını ayırdı - RƏSMİ

“Sabah”da daha bir ayrılıq reallaşıb.

Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

"Bayquşlar" Namik Ələskərovla yollarını ayırıb.

Yarımmüdafiəçi ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.

Qeyd edək ki, Namik 2022-ci ildən “Sabah”ın uğurları üçün çalışırdı. O, komandanın heyətində 83 oyun keçirib və 7 qol vurub. Futbolçu Bakı təmsilçisi ilə Premyer Liqanın gümüş medallarını qazanıb, Azərbaycan Kubokunun qalibi olub.