“Sabah” tarixi rekorda şərik çıxdı
17.03.2025 - 11:59
“Sabah” tarixi rekorda şərik çıxdı

“Sabah” Misli Premyer Liqasının 2024/25 mövsümündə 14-cü heç-heçəsini edib.

Apasport.az xəbər verir ki, bu, XXVII turun “Zirə” ilə görüşünə təsadüf edib – 1:1.

Bununla da ölkə çempionatları tarixinin rekordu təkrarlanıb. “Sabah” bir mövsümdə ən çox heç-heçə edən komanda adına şərik çıxıb.

Bunadək üç dəfə eyni klub 14 sülhə imza atıb. 2009/10 mövsümündə “Neftçi”, üç il sonra “Bakı” 32 turluq çempionatda 14 dəfə bərabərliklə kifayətlənib. 28 turdan ibarət 2020/21 mövsümündə isə “Zirə” eyni sayda heç-heçə edib. Mövsümün sonuna qədər qalan 9 turda qeydə alınacaq bir sülhlə “Sabah” mütləq rekordun müəllifi olacaq.