“Sabah”ın büdcəsi açıqlanıb
17.05.2025 - 13:24
“Sabah”ın büdcəsi açıqlanıb

“Sabah” Futbol Klubu 2024-cü il üçün büdcəsini açıqlayıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun maliyyə hesabatında bildirilir.

Klubun ötən il üçün gəlirləri 26 milyon 953 min 800 manat təşkil edib.

Sponsorlardan daxilolmalar - reklam gəlirləri 20 milyon 727 min 500 manat, Futbolun İnkişafı Fondundan daxilolmalar 2 milyon 448 min 30 manat, bilet satışından gəlirlər 57 min manat, nümayiş hüququndan daxilolmalar 14 min 200 manat, sair gəlirlər 3 milyon 712 800 manat olub.

Klub tərəfindən əmək haqları və mükafat xərclərinə 14 milyon 56 min 800 manat ayrılıb.