“Sabah”ın futbolçusu zədələndi - XƏSTƏXANAYA APARILDI
05.10.2025 - 18:22
“Sabah”ın aparıcı futbolçularından Coy-Lens Mikels Misli Premyer Liqasının VII turunda “Karvan-Yevlax”la oyunda ciddi zədə alıb.
Apasport.az xəbər verir ki, hadisə qarşılaşmanın son dəqiqələrində baş verib.
Mikels rəqib qapıçısı ilə toqquşub və ayağa qalxa bilməyib. Ona meydanda ilkin tibbi yardım göstərilib, daha sonra təcili tibbi yardım maşını ilə yerli klinikalardan birinə aparılıb.
Qeyd edək ki, oyun "bayquşlar"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
- Premyer Liqa klublarının 2024-cü ildəki gəlirləri açıqlanıb
- Premyer Liqa klublarının uşaq-gənclər sektoruna ayırdığı vəsait artıb
- “Turan Tovuz” Premyer Liqada ev oyunlarında azarkeş sayına görə liderdir
- 2025/2026 mövsümündə lisenziya almış futbol klublarının sayı müəyyənləşib
- I Liqada XI tura start veriləcək
0
0