“Şamaxı” Portuqaliyadan yarımmüdafiəçi gətirir - EKSKLÜZİV
27.06.2025 - 17:47

“Şamaxı” transfer çalışmalarını davam etdirir.
Apasport.az saytına verilən məlumata görə, bölgə təmsilçisinin transfer siyahısında portuqaliyalı oyunçu da yer alıb.
Söhbət yarımmüdafiəçi Rikardo Apolinariodan gedir.
Premyer Liqa təmsilçisi yayda onun transferini reallaşdırmaq istəyir. Apolinarionun “Uniao Santarem”lə müqavilə müddəti 3 gündən sonra bitəcək.
O, karyerası ərzində Portuqaliya klubları “Alverka”, “Koruçense”də oynayıb.
0
0