Samir Abasov "Neftçi"də yubiley qələbəsini qazanıb
21.10.2024 - 09:17
Samir Abasov "Neftçi"də yubiley qələbəsini qazanıb

Samir Abasov "Neftçi"nin baş məşqçisi kimi çempionatda 30-cu qələbəsini qazanıb.

Apasport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yubiley Premyer Liqanın X turuna təsadüf edib.

Paytaxt təmsilçisi doğma meydanda "Səbail"ə qalib gəlib - 3:1. Bu, Abasovun Bakı klubuna qayıdışından sonra ilk oyunu və komandanın mövsümdəki ilk qələbəsi olub. Onun “Neftçi”yə rəhbərlik etdiyi 2020-2022-ci illərdə “ağ-qaralar” Premyer Liqada 29 dəfə qalib gəlmişdi.

Qeyd edək ki, Bakı təmsilçisi mövsümün əvvəlki 9 görüşündə 5 heç-heçə edib və 4 dəfə məğlub olub.

 

0