"Səbail" "Sumqayıt"a qarşı - YENİLƏNİR
23.05.2025 - 09:16

Misli Premyer Liqasında sonuncu - XXXVI tura bu gün start veriləcək.
Apasport.az xəbər verir ki, günün yeganə oyununda "Səbail" "Sumqayıt"ı qəbul edəcək.
Qarşılaşma “ASCO Arena”da, saat 19:30-da start götürəcək.
22 xalla sonuncu - onuncu pillədə qərarlaşan Bakı klubunun I Liqaya düşəcəyi dəqiqləşib. "Gənclik şəhəri" təmsilçisi 30 xalla doqquzuncudur.
Misli Premyer Liqası
IV dövrə, XXXVI tur
23 may
19:30. “Səbail” – “Sumqayıt”
Baş hakim: Rəşad Əhmədov
“ASCO Arena”
0
0