Toral Bayramov "Qarabağ"ı tərk edir? - AVROPA KLUBLARININ HƏDƏFİNDƏ
29.04.2025 - 16:51
“Qarabağ” yerli futbolçulardan daha birini komandada saxlamağı planlaşdırır.
Apasport.az saytına verilən məlumata görə, Ağdam təmsilçisi Toral Bayramovu əldən buraxmaq istəmir.
Azərbaycan çempionu 24 yaşlı futbolçunun müqavilə müddətini daha 1 il artırmaq niyyətindədir.
Yarımmüdafiəçiyə ölkə xaricindən, əsasən də Avropadan ciddi müştərilər var. Lakin o, hələ ki, qərarını verməyib.
Toralın “Qarabağ”la hazırkı sözləşməsi 2026-cı il iyunun 30-na qədərdir.
Qeyd edək ki, Bayramov 2020-ci il yanvarın 1-dən “Qarabağ”ın əsas komandasında çıxış edir.
- Kaxaber Tsxadadze: “Futbolçular hələ çempionatın səviyyəsini dərk etməyib”
- Zaur Həşimov: “Məqsədimiz Premyer Liqada qalmaqdır”
- “Şəfa” Qəbələ səfərindən 3 xalla qayıdır - YENİLƏNİB
- Xose Manuel Armada Zarko: "Sabahın Ulduzları" müxtəlif komandaları görmək üçün əlverişlidir"
- Toralın komandasından məğlubiyyət
10
3