"Səbail" Türkiyəyə yollandı
05.07.2024 - 14:36
"Səbail" Türkiyəyə yollandı

"Səbail" təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıb.

Apasport.az xəbər verir ki, iyunun 27-də Bakıda bir araya gələn Şahin Diniyevin komandası toplanışın ikinci mərhələsi üçün Ərzuruma yola düşüb.

"Səbail" qardaş ölkədə 3 yoxlama oyununa çıxacaq. Paytaxt klubu iyulun 11-də 1-ci Liqa təmsilçisi "Ərzurumspor"la, 13-də isə Türkiyə Super Liqası üzvlərindən "Hatayspor"la qarışlaşacaq.

Qeyd edək ki, "dənizçilər"in Ərzurum toplanışı iyulun 18-dək davam edəcək.

0