Azərbaycan fiqurlu konkisürəni Səbinə Əliyeva 2023-cü ilə uğurlu nəticə ilə start verib.
Apasport.az xəbər verir ki, təmsilçimiz Türkiyədə təşkil olunan beynəlxalq turnirdə çıxışına davam edir.
“Ephesus Cup”da ölkəmizi təmsil edən Səbinə gənc qızların mübarizəsində qısa proqramda 4-cü yeri tutub. Konkisürənimiz çıxışını 45,71 xalla tamamlayıb.
26 idmançının mübarizə apardığı qısa proqramda Əliyeva yalnız Estoniya, Belçika və Qazaxıstan atletlərindən geri qalıb.
Qeyd edək ki, beynəlxalq turnirdə mübarizəyə davam edən Səbinə Əliyeva bu gün sərbəst proqramda ustalığını nümayiş etdirəcək. Mütəxəssislər onun medalçılar arasında yer almaq şansının yüksək olduğunu düşünürlər.
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
- Azərbaycan Üzgüçülük Federasiyası rekordçu Cəmil Əliyevə sertifikat təqdim edib