Azərbaycan Kapoeyra Federasiyasının (AKF) 15 illiyinə həsr olunmuş kapoeyra üzrə ölkə birinciliyi başa çatıb.
Apasport.az saytının məlumatına görə, AKF və Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi yarışda müxtəlif klublardan 200-ə yaxın yeniyetmə bacarıqlarını nümayiş etdirib.
13-15 yaşlı idmançıların birinciliyində Şahin Xurşudov bütün rəqiblərindən üstün olaraq Azərbaycan çempionu adına layiq görülüb. Gənc çempion 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olmuş kiçik çavuş Nazir Xurşudovun oğludur.
Qeyd edək ki, Şahin Xurşudov kapoeyra idman növü ilə ilk dəfə 2021-ci ildə şəhid övladları üçün təşkil edilmiş “Qaliblər düşərgəsi”ndə məşğul olmağa başlayıb.
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək