Sentyabrın ən yaxşı qolunun müəllifi müəyyənləşib
08.10.2024 - 23:54

Misli Premyer Liqasında sentyabr üçün “Ayın qolu” layihəsinin qalibi müəyyənləşib.
Apasport.az xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.
"Araz-Naxçıvan"nın üzvü Bernardo Diasın qolu ən yaxşı seçilib. O, sentyabrın 13-də 6-cı tur çərçivəsində “Kəpəz”ə qarşı matçda fərqlənib.
Qeyd edək ki, qalibə Misli və PFL tərəfindən mükafatlar təqdim olunacaq.
0
0