Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında sərbəst güləş üzrə mübarizəyə yekun vurulub.
Apasport.az xəbər verir ki, millimiz qitə birinciliyində 2 qızıl, 2 gümüş və 2 bürünc olmaqla, 6 medal qazanıb. Bu nəticələrlə komandamız 150 xal toplayaraq Avropa çempionu olub. Gürcüstan (137) 2-ci, Türkiyə (115) isə 3-cü yeri tutub. Bu, sərbəst güləş üzrə yığmamızın ardıcıl 2-ci, ümumilikdə isə 4-cü Avropa çempionluğu olub.
Komandamız medalların əyarına görə də bütün ölkələri qabaqlayıb. Millimiz həm də bu göstəricidə özünün son 4 ildə ən yaxşı nəticəsinə imza atıb.
Qeyd edək ki, milli üzvlərindən Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) Avropa çempionu olub. Osman Nurməhəmmədovla (92 kq) Məhəmmədxan Məhəmmədov (97 kq) gümüş, Əbubəkr Abakarov (86 kq) və Georgi Meşvildişvili (125 kq) isə bürünc medal qazanıb.
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Azərbaycanlı qardaşlar Antalyada Mental Arifmetika Olimpiadasının qalibi olublar
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək