Sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı başlayır
29.01.2024 - 09:34
Yanvarın 29-dan fevralın 1-dək sərbəst və yunan-Roma güləşi üzrə 20 yaşadək idmançılar arasında Azərbaycan çempionatı keçiriləcək.
Apasport.az xəbər verir ki, Azərbaycan Güləş Federasiyasının Gənclər və İdman Nazirliyi ilə birgə təşkil edəcəyi yarışı beynəlxalq və milli dərəcəli hakimlər idarə edəcək.
Bakı İdman Sarayında baş tutacaq çempionatın ilk 2 günündə sərbəst, növbəti 2 gündə isə yunan-Roma güləş üzrə qaliblər müəyyənləşəcək.
Qeyd edək ki, gənclərdən (U-20) ibarət milli komandalara seçim xarakteri daşıyan yarışın görüşləri hər gün saat 10:00-da başlanacaq.
- Azərbaycanlı qardaşlar Antalyada Mental Arifmetika Olimpiadasının qalibi olublar
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
0
0