Mövsümün ikinci “Böyük dəbilqə”si “Rolan Qarros”da mübarizə davam edir. Günün mərkəzi oyunu 1/8 final çərçivəsində Serena Uilyams və Mariya Şarapova arasında oynanılmalı idi. Apasport.az saytının məlumatına görə, amerikalı tennisçinin görüşdən imtina etməsi səbəbindən, qarşılaşma baş tutmayıb.
Buna Serenanın döş əzələsindəki ağrılar səbəb olub. “Həyatım boyunca döş əzələmdə ağrı hiss etməmişəm. Buna görə də, nə edəcəyimi bilmirəm. Mənim üçün oyundan imtina etmək çətin qərardı, çünki Mariyaya qarşı oynamağı sevirəm” – deyə, 36 yaşlı tennisçi bildirib.
Qeyd edək ki, korta çıxmadan 1/4 finala yüksələn Mariya Şarapovanın növbəti rəqibi Qarbinye Muqurusa – Lesya Çurenko cütünün qalibi olacaq.
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək