"Belə bir yarışda finaladək irəliləmək böyük uğurdur”.
Bunu apasport.az saytının Polşaya ezam olunmuş əməkdaşına açıqlamasında Avropa Oyunlarında gümüş medal qazanmış Azərbaycan taekvondoçusu Səyyad Dadaşov (54 kq) deyib.
Finala kimi irəliləyən Avropa çempionu həlledici döyüşdə məğlubiyyətin səbəbini açıqlayıb: “Təbii ki, qalib gəlmək istəyirdim. Hətta buna yaxın idim. Amma son 8 saniyədə hakimin səhvi ucbatından qızıl medal əldən çıxdı. Buna görə pis olmağa dəyməz. Bəzən haqsızlıqlar olur. Döyüşdüyüm idmançı son dünya çempionatının gümüş mükafatçısı idi. Artıq gələcəyə baxmaq lazımdır. Yaxşı hazırlaşıb qızıl medal qazanmalıyam”.
Qeyd edək ki, Dadaşov finalda ispaniyalı Huqo Vaskesə 1:2 hesabı ilə uduzub.
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Azərbaycanlı qardaşlar Antalyada Mental Arifmetika Olimpiadasının qalibi olublar
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək