Azərbaycan Alpinizm Federasiyası Azərbaycan Silahlı Qüvvələri Gününə həsr olunan dağ yürüşü keçirib.
Apasport.az xəbər verir ki, yürüşə federasiya üzvləri ilə yanaşı, Fövqəladə Hallar Nazirliyi və Dövlət Gömrük Komitəsinin əməkdaşları da qatılıblar.
Tədbir Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinə ehtiram, Vətənə xidmət ruhunun təbliği və dağçılıq idmanının inkişafına dəstək məqsədi daşıyıb. İştirakçılar yürüş zamanı fiziki dözümlülük, komanda həmrəyliyi və çətin dağ şəraitində düzgün qərarvermə bacarığı nümayiş etdiriblər.
Plana əsasən, yürüşün Zəfər zirvəsi istiqamətində keçirilməsi nəzərdə tutulub. Lakin güclü külək, məhdud görünmə məsafəsi və dəyişkən hava şəraiti səbəbindən iştirakçıların təhlükəsizliyi nəzərə alınıb və marşrut dəyişdirilib.
Peşəkar risk qiymətləndirilməsindən sonra komanda 2783 metr yüksəklikdə yerləşən Xarıbülbül zirvəsinə doğru hərəkəti davam etdirib. Çətin hava şəraitinə baxmayaraq, iştirakçılar təhlükəsizlik qaydalarına riayət etməklə zirvəyə qalxıb və yürüşü uğurla başa vurublar.
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM