Sona Ağayeva dünya reytinq cədvəlinin 8-ci pilləsinə yüksəlib
09.09.2026 - 13:09
Cənubi Koreyanın paytaxtı Seulda keçirilən Boccia üzrə Dünya çempionatında BC2 kateqoriyasında bürünc medal qazanan Sona Ağayeva bu nəticəyə görə 48 reytinq xalı əldə edib.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Bununla da xallarının sayını 74-ə çatdıran paralimpiyaçımız Los-Anceles-2028 Yay Paralimpiya Oyunlarına lisenziya qazandıran reytinq cədvəlində 15-ci pillədən 8-ci pilləyə yüksəlib.
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
- AMADA nümayəndələri beynəlxalq vebinarda iştirak ediblər
0
0