“Sumqayıt” “Qarabağ”a qarşı - Heyətlər - YENİLƏNİR
22.05.2026 - 18:36
“Sumqayıt” “Qarabağ”a qarşı - Heyətlər - YENİLƏNİR

Misli Premyer Liqasında XXXIII turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, günün son matçı Sumqayıtda baş tutacaq.

Şəhərin eyniadlı komandası azarkeşləri önündə "Qarabağ"ı sınağa çəkəcək.

Ev sahibləri üçün bu qarşılaşma, bəlkə də, komandanın baş məşqçisi Saşa İliçin rəhbərliyi altında son oyun olacaq. Serbiyalı mütəxəssisin yetirmələri bu matçdan qələbə ilə ayrılacaqları təqdirdə, turnir cədvəlində 6-cı pilləyə yüksələcəklər.

Bu mövsüm “Sabah”la zirvə yarışında çempionluğu əldən verən “Qarabağ” isə mövsümün son qarşılaşmasında azarkeşlərini sevindirməyi planlaşdırır.

Görüşə saat 19:30-da start veriləcək. 

Misli Premyer Liqası
XXXIII tur

19:30. "Sumqayıt" – "Qarabağ"
Baş hakim: Elvin Bayramov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

“Sumqayıt”: 22. Xəyal Fərzullayev 7. Rüstəm Əhmədzadə 29. Emil Mustafayev 8. Səbuhi Abdullazadə (k) 21. Nihad Əhmədzadə 75. Nadir Orucov 97. Vüsal Paşayev 9. Aleksandr Ramalinqom 6. Sedrik Badolo 33. Danilo Beskorovaynıy 95. Nsana Simon

Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov 12. Murad Ağamalıyev 20. Ayxan Süleymanlı 24. Sənan Muradlı 10. Nikola Ninkoviç 11. Aleksa Yankoviç

Baş məşqçi: Saşa İliç

“Qarabağ”: 89. Amin Ramazanov 55. Bədavi Hüseynov (k) 77. Ramil Şeydayev 27. Toral Bayramov 80. Bəhruz Qurbanlı 32. Hikmət Cəbrayılzadə 82. Məhəmməd İmaməliyev 8. Marko Yankoviç 18. Dani Bolt 21. Aleksey Kaşuk 11. Emmanuel Addai

Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev 97. Fabian Buntiç 13. Bəhlul Mustafazadə 66. Hacı İbrahim 76. Nicat Xasıyev 74. Səbuhi Niftiyev 47. Mehdi Mütəllimli

Baş məşqçi: Qurban Qurbanov