"Sumqayıt" - "Şamaxı" qarşılaşmasının biletləri satışa çıxarılıb
09.04.2025 - 18:57
"Sumqayıt" - "Şamaxı" qarşılaşmasının biletləri satışa çıxarılıb

Misli Premyer Liqasının XXX turu çərçivəsində "Sumqayıt" - "Şamaxı" qarşılaşmasının biletləri artıq satışdadır.

Apasport.az xəbər verir ki, biletləri iTicket.az saytından, 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzindən, oyun günü isə Mehdi Hüseynzadə adına stadionun kassasından əldə edə bilərsiniz. 

Biletlərin qiyməti sektorlardan asılı olaraq 2, 3, 5 və 10 manatdır. 

Qeyd edək ki, oyun 12 aprel, saat 19:15-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.